Autsayderdə yeni müqavilə
“Nottinhem Forest” baş məşqçisi Stiv Kuperlə müqaviləni uzadıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
42 yaşlı uelsli ilə yeni anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Kuper 2021-ci ilin sentyabrından İngiltərə klubuna başçılıq edir.
Hazırda Premyer Liqanın autsayderi olan Nottinhem təmsilçisi ötən mövsüm Kuperin rəhbərliyi altında yüksək dəstəyə qayıdıb. Onun baş məşqçiliyi dövründə 54 oyunda 29 qələbə qazanılıb.