“Auqsburq”da ayrılıq
“Auqsburq” baş məşqçisi Sandro Vaqnerlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Komanda 2025-ci ildəki son 3 matçına Manuel Baumun rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, Vaqner bu ilin yayından komandanı çalışdırırdı.













