ATP yekun turnirinə 2-ci vəsiqənin sahibi bəlli oldu
ATP yekun turnirinin daha bir iştirakçısı dəqiqləşib. Dünyanın üçüncü raketkası Stefanos Tsitsipas yarışa vəsiqəni təmin edib. “US Open”də 3-cü mərhələyə yüksələn yunanıstanlı reytinq xalını 5470-ə çatdırıb. Bu, Stefanosun yekun turnirinə qatılması üçün yetərli göstəricidir.
Tsitsipas turnirə vəsiqə qazanan ikinci tennisçidir. Ona qədər Novak Cokoviç də buna nail olub.
ATP yekun turniri noyabrın 14-21-də keçiriləcək. Yarışa İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək.