“Atletiko”nun iki hədəfi
“Atletiko” yay transfer pəncərəsində “Sportinq”in iki futbolçusunu almağa hazırlaşır. İspaniya klubu Pablo Sarabia və Pedro Porronun xidmətində maraqlıdır.
PSJ-nin Portuqaliya klubuna icarəyə verdiyi Sarabia mövsümün 44 matçında 18 qol vurub. Porro isə “Maneçster Siti”dən icarəyə götürülüb. Müdafiəçini almaq hüququ Lissabon təmsilçisinə məxsusdur.