“Atletiko”nun hücumçu planı

“Atletiko”nun hücumçu planı

“Atletiko” yeni hücumçu axtarışına başlayıb. İspaniya klubu Antuan Qrizmannın əvəzinə forvard axtarır.

Madrid təmsilçisi MLS-ə yollanacaq fransalının yerinə Lautaro Martinesi almaq istəyir. “İnter”in hücumçusunun keçidi ilə bağlı ilkin danışıqlara start verilib.

27 yaşlı argentinalı başa çatan mövsümdə 48 matç keçirib. O, 22 qol vurub və 7 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Konte “Napoli” qərarı

Növbəti yazı

“Araz-Naxçıvan”da yeni müqavilə