“Atletiko”dan qələbə, “Barselona” “Monako”ya məğlub oldu
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub. Son oyun günündə 6 qarşılaşma baş tutub.
“Arsenal” “Atalanta” ilə bərabərə qalıb – 0:0. “Barselona” səfərdə “Monako”ya uduzub – 1:2. “Atletiko” isə “Leypsiq”lə matçda əzmkar qələbə qazanıb – 2:1.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
19 sentyabr
20:45 “Srvena Zvezda” (Serbiya) – “Benfika” (Portuqaliya) 1:2
Milson, 86 – Kerem Aktürkoğlu, 9, Orkun Kökçü, 29
20:45 “Feyenoord” (Niderland) – “Bayer” (Almaniya) 0:4
Florian Virtz 5, 36, Alexandro Qrimaldo, 30, Timon Vellenreyter, 44-öz qapısına
23:00 “Atalanta” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:0
23:00 Atletiko (İspaniya) – “Leypsiq” (Almaniya) 2:1
Antuan Qrizmann, 28, Xose Mariya Ximenez, 90 – Benjamin Şeşko, 4
23:00 “Brest” (Fransa) – “Şturm” (Avstriya) 2:1
Uqo Maqnetti, 23, Abdallah Sima, 56 – Edmilson Fernandeş, 45+1-öz qapısına
23:00 “Monako” (Fransa) – “Barselona” (İspaniya) 2:1
Maqnes Aklauçe, 16, Corc İllenixela, 71 – Lamin Yamal, 28