“Atletiko”dan “Osasuna”ya
“Atletiko”nun futbolçusu Xavi Qalan komandanı tərk edib. Sol cinah müdafiəçisi “Osasuna”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “Atletiko” 31 yaşlı oyunçunun keçidindən 500 min avro gəlir əldə edəcək.
Qeyd edək ki, Xavi 2023-cü ildən “Atletiko”da çıxış edirdi.













