“Atletiko”dan klub tarixinin rekordu
“Atletiko” Kral Kubokunun 1/16 final mərhələsində “Marbella” ilə qarşılaşıb. Görüş Madrid təmsilçisinin qələbəsi ilə nəticələnib – 1:0.
Bu, ardıcıl qalibiyyət sayı baxımından klub tarixinin rekordunun təkrarıdır. Dieqo Simeonenin komandası bütün turnirlər nəzərə alınmaqla ardıcıl 13 görüşdə xal itirməyib.
“Atletiko” 2012-ci ilin avqustundan oktyabr ayına kimi də eyni uzunluqda qələbə seriyasına malik olub.
Qeyd edək ki, hazırda 18 matçdan sonra 41 xal toplayan “Atletiko” La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.