“Atletiko”da yeni müqavilə
“Atletiko” ikinci komandasının baş məşqçisi Fernando Torreslə müqaviləni uzadıb. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
41 yaşlı mütəxəssislə yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Torres 2022-ci ildən Madrid klubunda çalışır. Bu müddətdə onun yetirmələri iki dəfə çempion olub, UEFA Gənclər Liqasının yarımfinalına yüksəlib.