“Atletiko”da növbəti ayrılıq

“Atletiko”da növbəti ayrılıq

“Atletiko Madrid”də daha bir ayrılıq yaşanıb. Rodriqo Rikelme komandadan ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 25 yaşlı vingerin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Rikelme “Atletiko Madrid”in yetirməsidir. O, bu komandanın heyətində indiyədək 75 rəsmi oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Mikautadze “Roma”nın hədəfində

Növbəti yazı

Azər Salahlı “İmişli”də