“Atletiko”da itki
İspaniya təmsilçisi “Atletiko” ciddi itki ilə üzləşib. La Liqa təmsilçisinin yarımmüdafiəçisi Joao Feliks sıradan çıxıb.
Portuqaliya millisinin üzvünə əzələ zədəsi diaqnozu qoyulub. 22 yaşlı futbolçu artıq fərdi proqram üzrə bərpa məşqlərinə başlayıb. Lakin onun nə zaman yaşıl meydanlara qayıdacağı məlum deyil.
Qeyd edək ki, Joao cari mövsüm 11 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.