“Atletiko”da ciddi itki

1148801458

“Atletiko”da ciddi itki

“Atletiko”da ciddi itki yaşanıb. Komandanın kapitanı Koke zədə səbəbindən sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid təmsilçisinin yarımmüdafiəçisi sağ ayağının əzələsindən zədə alıb. Koke martın sonuna qədər meydana çıxmayacaq.

33 yaşlı oyunçu İspaniya çempionatının cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Millimizin oyununun hakimləri açıqlandı

Növbəti yazı

“Milan”da yeni müqavilə