“Atletiko”da ayrılıq
“Atletiko Madrid”də ayrılıq yaşanıb. Aksel Vitsel komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.
Qeyd edək ki, Belçika millisinin sabiq üzvü 2022-ci ilin yayından “Atletiko”da çıxış edirdi.