“Atletiko” və “Borussiya” 1/4 finalda

“Atletiko” və “Borussiya” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Son oyun günündə 2 qarşılaşma baş tutub.

“Atletiko” “İnter”i qəbul edib. İlk oyunda 0:1 hesabı ilə uduzan madridlilər matça fəal başlayıb. Lakin “neradzurri” rəqibini əks-hücumda yaxalayıb, fərqlənməyi bacarıb. Federiko Dimarko adını tabloya yazdırıb. Buna baxmayaraq, 2 dəqiqə sonra Antuan Qrizman hesabı bərabərləşdirib. İkinci hissənin sonlarında isə Memfis Depay səhnəyə çıxıb. O, oyunu əlavə vaxta daşıyan qolu vurub. Matçın 120 dəqiqəsində qalib müəyyənləşməyib və penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq olan İspaniya təmsilçisi adını 1/4 finala yazdırıb – 3:2.

Günün digər matçı Almaniyada baş tutub. “Borussiya” PSV-ni qəbul edib. 1:1 hesablı heç-heçənin davamında dortmundlular inamlı qələbə qazanıb. Komanda Yulian Brandt və Marko Roysun qolları ilə 2:0 hesablı qalibiyyətə sevinib.

Bununla da, Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli olub. Bunlar “Bavariya”, “Borussiya”, PSJ, “Real”, “Barselona”, “Atletiko”, “Mançester Siti” və “Arsenal”dır.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.03.2024

Növbəti yazı

“Atletiko”dan rekord