“Atletiko” Sabitzerə “elçi düşdü”
Yarımmüdafiəçi Marsel Sabitzer mövsümün sonunda “Bavariya”nı tərk edəcək. 28 yaşlı avstriyalı futbolçu “Arsenal” və “Atletiko”nun maraq dairəsindədir.
Klubu Sabitzer üçün 15 milyon avro tələb edir. Yarımmüdafiəçini almağa əsas namizəd “Atletiko”dur. “Bavariya”nın oyunçu ilə 2025-ci ilə qədər müqaviləsi var.