“Atletiko” Feliks üçün 80 milyon avro istəyir
“Atletiko” Joao Felikslə yollarını ayırmağa hazırdır. Klub “Barselona”da icarə əsasında çıxış edən forvard üçün 80 milyon avro tələb edir.
Madrid təmsilçisi bu məbləğ qarşılığında futbolçunu kataloniyalılara satmağa hazır olduğunu bildirib. “Barselona” maliyyə problemlərinə görə bu xərci ödəyə bilmir. Ona görə də Feliksi yenidən icarəyə götürməyi və 2025-ci ildə endirimli qiymətə transfer etməyi planlaşdırır.