“Atletiko” azarkeşinə sərt cəza
“Atletiko” La Liqanın VIII turunun “Real”la keçirilmiş derbi oyununda meydana yad əşya atan azarkeşlə bağlı qərar verib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Onun stadiona girişinə ömürlük qadağa qoyulub. Həmçinin matçlar zamanı maska ilə üzünü gizlədən fanatların tribunalara daxil olmasına icazə verilməyəcək.
Qeyd edək ki, ikinci hissədə tribunadan “Real”ın qapıçısı Tibo Kurtuaya atılan yad əşyalar səbəbindən 20 dəqiqə dayandırılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.