“Atletik”dən yeni transfer

“Atletik”dən yeni transfer

İspaniya La Liqası təmsilçilərindən “Atletik” heyətini yeni futbolçu ilə gücləndirib. Komanda “Malyorka”nın yarımmüdafiəçisi Robert Navarronu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Atletik” 23 yaşlı oyunçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Xatırladaq ki, Navarro “Barselona”nın yetirməsidir. O, karyerası ərzində “Real Sosyedad”, “Monako”, “Osasuna” və “Kadiz” kimi komandaların şərəfini qoruyub.

Qeyd edək ki, ispaniyalı futbolçu geridə qalan mövsümdə “Malyorka”nın heyətində 25 oyuna çıxıb və 1 qolla yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”dan yeni transfer

Növbəti yazı

Həsən Nəzərli “Ankaragücü”də