“Atletik”dən Bundesliqaya
“Atletik”in yarımmüdafiəçisi Niko Uilyams Almaniya Bundesliqasına keçə bilər. “Bavariya” 22 yaşlı vingeri heyətinə qatmaqda maraqlıdır.
Potensial transfer qiyməti 58 milyon avro olacaq.
Uilyamsın Bilbao klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
“Transfermarkt” onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir. İspaniya çempionatının cari mövsümündə o, 28 matçda iştirak edib, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.