“Atletik”dən Argentinaya
“Atletik”dən ayrılan İker Muniain karyerasını Argentinada davam etdirəcək. 31 yaşlı yarımmüdafiəçi “San-Lorenso” klubuna keçib.
İspaniyalı futbolçunun müqaviləsi 2025-ci ilin sonunadək nəzərdə tutulub. İker 2005-ci ildə Bilbao klubunun akademiyasına qoşulub və 19 il burada keçirib.
Əsas komandada 2009-cu ildə debüt edən yarımmüdafiəçi yayda azad agent statusu ilə klubu tərk edib.