“Atletik”də yeni müqavilə
“Atletik” Ernesto Valverde ilə bağlı qərarını verib. Klub baş məşqçisi ilə müqaviləni yeniləyib.
Bunu Bilbao təmsilçisinin mətbuat xidməti açıqlayıb. Yeni sözləşmə daha bir mövsüm – 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.