“Atletik”də yeni müqavilə
“Atletik” Aytor Paredesi komandada saxlayıb. Bilbaolular onunla müqaviləni yeniləyib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Futbolçu ilə yeni sözləşmə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, o, bu mövsüm 32 oyunda 1 qol vurub.