“Atletik” – “Qarabağ” matçının hakimi açıqlandı

“Atletik” – “Qarabağ” matçının hakimi açıqlandı

“Atletik” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İqor Payaç olacaq. FIFA referisinə Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

ABF tərəfindən təşkil olunan məşqçi seminarı başa çatdı

Növbəti yazı

Günün kuponu – 21.10.2025