“Atalanta”dan “Torino”ya
“Torino” mövsümün sonuna qədər icarədə olan yarımmüdafiəçi Aleksey Mirançuku komandada saxlamaq istəyir. Klub onun transfer hüquqlarını almaq üçün “Atalanta” ilə danışıqlara başlayıb.
Berqamolular rusiyalı futbolçunu 12 milyon avro olaraq qiymətləndirir. Mirançukun “Atalanta” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.