”Atalanta”da ayrılıq
“Atalanta”da ayrılıq baş verəcək. Lazar Samarciç yanvarda komandanı tərk edəcək.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Forvard “Latsio” və “Fiorentina”nın diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Samarciç bu mövsüm A Seriyasında 14 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.










