”Atalanta”da ayrılıq
“Atalanta”da ayrılıq baş verib. Berqamo təmsilçisi baş məşqçi İvan Yuriçi və onun köməkçilərini istefaya göndərib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssis 2025-ci ilin iyununda məşhur italyan mütəxəssis Can Pyero Qasperinini əvəz edərək komandanın başına keçmişdi. Yuriçin rəhbərliyi altında “Atalanta” bütün turnirlərdə 15 rəsmi oyun keçirib, bu matçlarda 4 qələbə qazanıb, 3 dəfə uduzub və 8 dəfə heç-heçə edib.













