”Atalanta” rekordla zirvədə
“Atalanta” uğurlu seriyasını davam etdirir. Komanda A seriyasının XV turunda “Milan”ı 2:1 hesabı ilə məğlub edib.
Bu, Berqamo klubunun ardıcıl 9-cu qələbəsi olub. “Atalanta” bununla da tarixinin rekordunu təkrarlayıb. İtaliya təmsilçisi 2020-ci ilin fevralından iyuluna qədər eyni sayda oyunda xal itirməyib.
Qeyd edək ki, “Atalanta” hazırda A seriyasının lideridir.