“Atalanta” Mirançuku icarəyə verir
Aleksey Mirançukun taleyinə aydınlıq gəlib. “Atalanta” onu qışda icarəyə verə bilər.
Berqamo klubunun rəhbərliyi transfer pəncərəsində Mirançukun komandadan ayrılması variantını müzakirə edir. Seçimlərdən biri futbolçunu başqa kluba icarəyə verməkdir. Qeyd olunur ki, oyunçu tərəfi Alekseyin komandadakı hazırkı mövqeyindən razı deyil.