“Atalanta” “Borussiya”dan müdafiəçi alır
“Atalanta” heyətinə yeni müdafiəçi qatmağa qərar verib. İtaliya klubu Niko Şultsun xidmətində maraqlıdır.
Dortmund “Borussiya”sının 29 yaşlı futbolçusunun keçidinin nə vaxt reallaşacağı bəlli deyil. 2019-cu ildə “Hoffenhaym”dan indiki klubuna keçən Şultsun müqaviləsi 2024-cü ilin yayında bitəcək. Berqamo təmsilçisi onu qışda transfer etməyi çatdırmasa, keçid yayda reallaşacaq.
Qeyd edək ki, “Borussiya”da heyətə düşməkdə çətinlik çəkən müdafiəçi cari mövsüm meydana çıxmayıb.