“Atalanta” 350 milyona satılır
İtaliya “Atalanta”sı sahibini dəyişir. ABŞ-ın “Kohlberg Kravis Roberts & Co” özəl investisiyalar fondu Berqamo təmsilçisini alacaq.
Şimali amerikalılar klubun səhmlərinin 80 faizinə sahib çıxacaq. Bunun üçün 350 milyon avro ödəniləcək.
Klubun indiki sahibləri Perkassi ailəsi kiçik payını saxlayacaq. Keçid dövründə klubu onlar idarə edəcək.
Qeyd edək ki, “Atalanta” sahiblərinin ABŞ-dan olan 7-ci kluba çevriləcək. Bunadək “Milan”, “Roma”, “Fiorentina”, “Cenoa”, “Speziya” və “Venetsiya” da şimali amerikalılar tərəfindən alınıb.