“Aston Villa”nın yetirməsi “Turan Tovuz”da
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Klub Coş Cinnellini rənglərinə bağlayıb.
“Aston Villa”nın yetirməsi olan ingiltərəli futbolçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.
Son olaraq İngiltərə Çempionşipində mübarizə aparan “Suonsi”nin formasını geyinmiş 28 yaşlı hücumçu, karyerası ərzində vətənində “Şrusberi”, “Börnli”, “Altrinhem”, “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini qoruyub.












