“Aston Villa”nın yarımmüdafiəçisi İspaniya nəhənginin hədəfində
“Barselona” daha bir transferə hazırlaşır. Klub “Aston Villa”nın yarımmüdafiəçisi Karni Çukvuemekini heyətinə qatmaq üçün danışıqlar aparır.
Kataloniya klubunun baş məşqçisi Xavi 18 yaşlı ingiltərəli futbolçunun transferini istəyir. Qeyd olunur ki, yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəlmək asan olmayacaq.