“Aston Villa”nın oyunu təxirə salındı
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. “Aston Villa” və “Bernli” arasında görüş start fitinə 2 saat qalmış təxirə düşüb. Buna Birminhem təmsilçisində koronavirusa yoluxanların aşkarlanması səbəb olub.
Bu son bir həftədə təxirə salınan 10-cu Premyer Liqa matçıdır. Bu günə nəzərdə tutulan 5 oyundan yalnız biri keçiriləcək. Günün yeganə matçı “Arsenal” – “Lids” qarşılaşmasıdır.