“Aston Villa”nın futbolçusu milliləşdirilir
“Aston Villa”nın futbolçusu Metti Keş milliləşdirilir. 24 yaşlı ingiltərəli Polşa yığmasında çıxış edə bilər.
Anası polşalı olan Keş hazırda yeni pasportunun alınmasını gözləyir. Bundan sonra onun Polşa yığmasına cəlb edilməsi prosesi başlayacaq.
Metti cari mövsümdə “Aston Villa”da 5 oyunda 1 qol vurub. Onun Birminhem təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Xatırladaq ki, Keş 2020-ci ilin sentyabrında “Nottinhem Forest”dən 15,75 milyon avroya transfer olunub.