“Aston Villa”dan yeni transfer
“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi “Mets”dən Brayan Madjonu transfer edib. “Aston Villa” 17 yaşlı hücumçu üçün 12 milyon avro ödəyib.
Madjo bu mövsüm əsas komandada 5 oyuna çıxıb.












