“Aston Villa”da yeni müqavilə
“Aston Villa”da yeni müqavilə imzalanıb. Komanda Matti Keş ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 28 yaşlı sağ cinah müdafiəçisi daha 4 il Birminqem təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, “Aston Villa” Polşa millisinin üzvü olan Keşi 2020-ci ildə “Nottingem Forest”dən 15,75 milyon avro qarşılığında heyətinə qatmışdı.












