“Aston Villa” baş məşqçisini istefaya göndərdi
İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib. “Aston Villa” çalışdırıcısı Din Smitlə vidalaşıb.
2018-ci ilin oktyabrından Birminhem təmsilçisinə rəhbərlik edən mütəxəssis ilk mövsümdə komandanı Premyer Liqaya çıxarıb. Komanda Smitin rəhbərliyi altında Liqa kubokunun finalına da yüksəlib.
Lakin cari mövsümdəki uğursuzluq istefa ilə nəticələnib. “Aston Villa” 11 turdan sonra 10 xalla 15-ci sırada qərarlaşıb.