Asprilla “Qalatasaray” üçün İstanbulda
“Qalatasaray” heyətini Yaser Asprilla ilə gücləndirəcək. Futbolçu artıq İstanbula yola düşüb.
Bu barədə klubun mətbuat xidməti paylaşım edib. Oyunçu tibbi yoxlanışdan keçmək və müqavilə imzalamaq üçün Türkiyəyə gələcək.
Qeyd edək ki, kolumbiyalı futbolçu son olaraq İspaniyanın “Jirona” klubunda forma geyinib.












