Aspilikueta “Barselona”ya keçir
“Çelsi”nin futbolçusu Sesar Aspilikueta yayda “Barselona”ya keçəcək. 32 yaşlı ispaniyalı müdafiəçi La Liqa klubu ilə 3+1 illik müqavilə imzalayacaq.
Tərəflər müqavilənin şərtlərini də razllaşdırıblar. Sesarın keçidi “Çelsi” ilə müqaviləsi başa çatdıqdan sonra reallaşacaq. O, azad agent kimi yeni klubuna keçəcək. Aspilikueta cari mövsüm 27 oyun keçirib.