Asiyada ilin futbolçusu bəlli oldu
PSJ-nin cinah oyunçusu Li Kan İn “AFC Awards Riyadh 2025”in versiyasına görə Asiyada ilin ən yaxşı futbolçusu seçilib.
Bu barədə Asiya Futbol Konfederasiyası rəsmi saytında məlumat yayıb.
Ötən mövsüm cinah oyunçusu bütün turnirlərdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. O, 2458 dəqiqə meydanda olub. Paris klubu ilə Çempionlar Liqası, Fransa Liqası, Fransa Kuboku və Fransa Superkubokunun qalibi olub.












