Asensioya daha bir müştəri
Müqaviləsi yayda başa çatacaq “Real”ın yarımmüdafiəçisi Marko Asensio daha bir klubun hədəfindədir. Onunla “Liverpul” maraqlanır.
Karlo Ançelotti artıq etiraf edib ki, “Real” futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqlar aparmayıb. Lakin o, bunun dünya çempionatından sonra olacağına ümid edir.