Asensiodan yubiley
“Real”in yarımmüdafiəçisi Marko Asensio üçün “Rayo Valyekano” ilə oyun (2:3) əlamətdar olub. O, “kral klubunun” heyətində 250-ci oyununu keçirib.
Bu müddət ərzində futbolçunun aktivində 52 qol və 26 məhsuldar ötürmə var. Daha əvvəl bildirilmişdi ki, “Real” yarımmüdafiəçi ilə müqaviləni Qətərdə keçiriləcək dünya çempionatının startına qədər uzatmaq niyyətindədir.