Asensio rekordu yenilədi
Marko Asensio Çempionlar Liqasında yeni rekorda imza atıb. “Real”ın 27 yaşlı hücumçusu 1/4 finalın “Çelsi” ilə ilk oyununa sonradan daxil olaraq qol vurub.
Görüşün 71-ci dəqiqəsində Rodriqonu əvəzləyən forvard meydana çıxdıqdan 3 dəqiqə sonra fərqlənib. Bununla da Asensio əvəzetmədən oyuna qoşulduğu matçlarda vurduğu qolların sayını 9-a çatdırıb.
Bu, Çempionlar Liqasının tarixində yeni rekorddur. Özünün sahib olduğu göstəricini yeniləyən Asensio izləyicilərini 2 qol qabaqlayır.
Qeyd edək ki, “Real” ilk qarşılaşmada “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib.