Asensio Premyer Liqa yolunda
“Real”da ayrılıq yaşana bilər. Madridlilərin futbolçusu Marko Asensio “Aston Villa”ya keçməyə yaxındır.
Yarımmüdafiəçi İngiltərə klubu ilə müqaviləni razılaşdırıb. İspaniyalı futbolçu yeni klubunda ildə 8 milyon avro qazanacaq. Yayda azad agent statusu alacaq Asensio Birminhem klubuna pulsuz keçəcək. 27 yaşlı oyunçunun keçidi transfer pəncərəsi açıldıqdan sonra rəsmiləşəcək.