Asensio “Mançester Yunayted”in hədəfində
“Real”ın futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər. yarımmüdafiəçi “Mançester Yunayted”in hədəfindədir.
Premyer Liqa komandası sözləşməsi yayda başa çatacaq oyunçunu bu qış heyətinə qatmağı düşünür.“Real”ın 4 illik müqavilə təklifini geri çevirən Marko ildə 5 milyon avro maaşla razılaşmayıb.
Bu səbəbdən madridlilər onu qış transfer mövsümündə satmağın əleyhinə deyil.Xatırladaq ki, Asensio yayda da bir neçə klubun maraq dairəsində olsa da o, klubunu dəyişməyib.