Asensio İspaniya yolunda
“Fənərbaxça”nın futbolçusu Marko Asensio komandanı tərk edə bilər. Onun ölkəsinə qayıtmaq ehtimalı var.
“Sevilya” ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə “AS” nəşri məlumat yayıb.
Komanda 29 yaşlı oyunçu üçün yanvar ayında Türkiyə klubuna təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, “Fənərbaxça” Marko Asensionu mövsümün əvvəlində PSJ-dən 7,5 milyon avroya transfer edib.













