Asensio “Aston Villa”nın hədəfində
PSJ-nin futbolçusu Marko Asensio komandanı tərk edəcək. O, karyerasını İngiltərədə davam etdirəcək.
Yarımmüdafiəçi “Aston Villa”ya transfer olunacaq. Keçidin bu gün rəsmiləşəcəyi gözlənilir.
İspaniyalı Premyer Liqa təmsilçisində mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Asensio bu mövsüm PSJ-də 16 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.