Arveladzedən istefa
Superliqada ayrılıq baş verib. Çempionat təmsilçilərindən “Fatih Karagümrük” baş məşqçisiz qalıb.
Şota Arveladze çempionatın 29-cu turunun “Trabzonspor”la matçından sonra istefa verib. Klub rəhbərliyi gürcü məşqçiyə inandığını bildirsə də, o, postunda qalmaq istəməyib.
Qeyd edək ki, Şota futbolçu kimi 1993-1997-ci illərdə “Trabzonspor”da oynayıb. Daha sonra “Ayaks”, “Reyncers”, “AZ Alkmaar”. “Levante”də çıxış edib.