Artur “Yuventus”dan gedir
Artur Melo “Yuventus”dan gedəcək. Yarımmüdafiəçi yay transfer pəncərəsində İtaliya klubunu tərk etməyə qərar verib.
25 yaşlı braziliyalı baş məşqçi Massimiliano Alleqrinin planlarına daxil deyil. Qışda “Arsenal”a keçməyə yaxın olan futbolçu yenidən klub axtarışına başlayıb.
Qeyd edək ki, Artur A seriyasında mövsümün 20 matçında meydana çıxıb.