Arteta “Arsenal”da qalır
“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubu ilə yeni üç illik müqavilə barədə razılığa gəlib. 42 yaşlı çalışdırıcının əvvəlki müqaviləsi mövsümün sonunda başa çatır və onun “Real” və ya “Barselona”ya gedəcəyi istisna olunmurdu.
Arteta 2027-ci ilə kimi “Arsenal”da qalmaqla bağlı razılığa gələrək söz-söhbətlərə son qoyub. O, 2019-cu ildən komandaya rəhbərlik edir.